AZ

"Vest Hem" mövsüm sonunda 4 futbolçusu ilə yollarını ayıracaq

ngiltərənin "Vest Hem" klubu cari mövsümün sonunda dörd futbolçusunun komandadan ayrılacağını rəsmən açıqlayıb.

90deqiqe.Az xəbər verir ki, müqavilə müddətinin başa çatması ilə əlaqədar 35 yaşlı müdafiəçi Aaron Kressvel, 40 yaşlı qapıçı Lukaş Fabianski, 32 yaşlı müdafiəçi Vladimir Kufal və 32 yaşlı hücumçu Denni İnqs London təmsilçisini tərk edəcək.

Klubun rəsmi saytında yayılan bəyanatda bildirilir:

“'Vest Hem Yunayted' ailəsi olaraq Aaron, Lukaş, Vladimir və Denniyə kluba göstərdikləri sədaqət və xidmətə görə səmimi qəlbdən təşəkkür edirik. Onlar unudulmaz uğurların əldə olunduğu bu dövrdə verdikləri töhfələrə görə hər zaman hörmət və minnətdarlıqla xatırlanacaqlar.”

Seçilən
0
90deqiqe.az

1Mənbələr