Küçəyə axan kanalizasiya suları, ətrafa yayılan pis qoxu.
Xezerxeber.az xəbər verir ki, görüntülər Sabirabad şəhəri 20 yanvar küçəsindəndir.
Həmin küçədə yerləşən binanın sakinləri deyirlər ki, bir aydan çoxdur vəziyyət belədir. Güclü yağışlardan sonra kanalizasiya xətlərinin tutulması çirkab suların ətrafa axmasına səbəb olub.
Binanın 1-ci mərtəbəsində yaşayanların vəziyyəti isə daha da çətindir.
Sakinlərin şikayəti ilə əlaqədar Sabirabad Su Meliorasiya Sistemlərinin İstismarı idarəsindən "Xəzər Xəbər"ə bildirldi ki, problemdən xəbərdardırlar. Hazırda ərazidə əsas daşıyıcı xətlərin təmizlənərək açılması işləri aparılır.
İşlər yekunlaşan kimi 20 yanvar küçəsinin kanalizasiya xətləri də təmizlənərək əsas xəttə birləşdiriləcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.