"Sabah"ın baş məşqçisi Vasili Berezutski MPL-nin XXXIV turu üzrə "Şamaxı" üzərində qələbəni şərh edib. 

Offsideplus.az xəbər verir ki, rusiyalı mütəxəssis üçün qalibiyyəti ifadə etməyə 3 cümlə kifayət edib:

"Bugünkü qələbə bizim üçün önəmli idi. Bu qalibiyyətin komandamıza emosional təsiri olacaq. Buraxdığımız qolda taktiki səhvə yol verdik".

Qeyd edək ki, "Sabah" - "Şamaxı" qarşılaşması 3:1 hesabı ilə yekunlaşıb.