AZ

Vasili Berezutski: Vacib qələbə qazandıq

BAKI. 9 may. TELEQRAF

"Vacib qələbə qazandıq".

Teleqraf xəbər verir ki, bunu "Sabah" komandasının baş məşqçisi Vasili Berezutski evdə "Şamaxı"ya 3:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XXXIV tur oyunundan sonra mətbuat konfransında deyib.

43 yaşlı mütəxəssis bildirib ki, əldə etdikləri nailiyyət komandasına emosional cəhətdən müsbət təsir edəcək: "Pis oynamadıq. Taktiki səhv üzündən qapımızdan qol buraxdıq. Ümumilikdə isə bugünkü oyunumuzdan razıyam".

Seçilən
0
teleqraf.com

1Mənbələr