"Fulhem"in baş məşqçisi Marko Silva gələcəyi ilə bağlı açıqlama verib.
90deqiqe.Az-ın məlumatına görə, portuqaliyalı mütəxəssis bu barədə jurnalistlərin suallarını cavablandırıb.
"Heç kim mənimlə əlaqə saxlamayıb. Gələcək planım növbəti mövsümdə də 'Fulhem'in baş məşqçisi olmaqdır"
Qeyd edək ki, daha əvvəl Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunun Marko Silva ilə danışıqlar apardığı barədə xəbərlər yayılmışdı.
“Fulhem” hazırda İngiltərə Premyer Liqasında 11-ci yerdədir. Marko Silvanın komandasının hələ də avrokubok zonasını bitirmək şansı var. "Fulhem"in İngiltərə Premyer Liqasında növbəti oyunu mayın 10-da evdə "Everton"a qarşı olacaq.