Bakı. Trend:
Konya şəhərində keçiriləcək “Anadolu Ankası- 2025” ("AnatolianPhoenix - 2025") beynəlxalq axtarış-xilasetmə təlimində iştirakedəcək Azərbaycan Ordusunun hərbi qulluqçuları və aviasiyavasitələri qardaş ölkə Türkiyəyə yola düşüb.
Bu barədə Trend-ə MüdafiəNazirliyindən məlumat verilib.
Müxtəlif ölkələrin hərbçilərinin cəlb olunduğu beynəlxalqtəlimdə ölkəmizi Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup şəxsiheyəti və Su-25 hücum təyyarələri təmsil edəcək.