Bakı. Trend:
Pakistan İslam Respublikasının Milli Müdafiə UniversitetininMilli Təhlükəsizlik və Müharibə kursunun rəhbər vədinləyicilərindən ibarət nümayəndə heyəti tədris gəzintisiçərçivəsində Azərbaycanın Milli Müdafiə Universitetinə səfəredib.
Bu barədə Trend-ə MüdafiəNazirliyindən məlumat verilib.
Səfər zamanı nümayəndə heyətinə universitetin fəaliyyəti, həyatakeçirilən islahatlar və qarşıda duran məqsədlərlə bağlı ətraflıməlumat verilib, təqdimatlar nümayiş olunub. Həmçinin, iki ölkəninhərbi təhsil müəssisələri arasında mövcud əməkdaşlıq əlaqələri vəgələcək perspektivlər ətrafında geniş fikir mübadiləsiaparılıb.
Görüşdə çıxış edən Milli Müdafiə Universiteti rektorunun elmüzrə müavini - Hərbi elmi tədqiqat İnstitutunun rektorugeneral-mayor Arif Həsənov Pakistan nümayəndə heyətinisalamlayaraq, Azərbaycan ilə Pakistan arasında möhkəm dostluq vəqardaşlıq münasibətlərindən bəhs edib. O, bu əlaqələrin hərbitəhsil sahəsində də dərinləşməsinin əhəmiyyətini vurğulayıb.
Daha sonra Milli Müdafiə Universitetinin tabeliyində yaxıngələcəkdə yaradılması planlaşdırılan yeni təhsil müəssisələribarədə danışıqlar aparılıb.
Səfərin sonunda qarşılıqlı hədiyyələr təqdim olunub və xatirəşəkli çəkilib.