"Mançester Siti"nin futbolçusu Ceyms MakAti İngiltərədə klubunu dəyişə bilər.
90deqiqe.Az-ın “TBR Football”a istinadən yaydığı məlumata görə, 22 yaşlı futbolçunun xidmətində Premyer Liqanın iki klubu – "Nottingem Forest" və "Tottenhem" maraqlıdır. Artıq sözügedən klublar futbolçunun agenti ilə əlaqə saxlayıb.
Daha əvvəl xəbər verilmişdi ki, Almaniyanın “Bayer” klubu MakAtini Florian Virtsin, “Leypsiq” isə Xavi Simonsun mümkün əvəzləyicisi kimi nəzərdən keçirir.
Qeyd olunur ki, hücumameyilli yarımmüdafiəçi daha çox oyun praktikasına malik olmaq istəyir. Onun "Mançester Siti" ilə müqaviləsinin başa çatmasına isə hələ bir ildən artıq vaxt qalır.Cəmi 26 oyunda Ceyms 7 qol vurub və heç bir məhsuldar ötürmə edib.