Rusiya prezidenti Vladimir Putin braziliyalı həmkarı Luiz İnasio Lula da Silva ilə danışıqları başa çatdırıb.
NOCOMMENT.az xəbər verir ki, görüş Kremldə baş tutub və iki saata yaxın davam edib.
Danışıqlar zamanı Braziliya lideri bəyan edib ki, onun Moskvaya səfəri Rusiya Federasiyası ilə strateji tərəfdaşlığın möhkəmləndirilməsinə yönəlib.
O, həmçinin görüşdə bildirib ki, 15 ildən sonra Rusiyaya səfəri Braziliya və Rusiyanın ikitərəfli münasibətlər çərçivəsində birgə planlara qayıtması deməkdir.
Lula da Silva digər məsələlərlə yanaşı, iki ölkənin ticarət əlaqələrini inkişaf etdirmək imkanlarının olduğunu və ticarətin inkişafı üçün potensialın olduğunu qeyd edib.