AZ

Lerikdə dərəyə yıxılaraq köməksiz vəziyyətdə qalan şəxs təxliyə edilib (FOTO/VİDEO)

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Lerikrayonunun Sivəkəran kəndi ərazisində bir nəfərin dərəyə yıxılaraqköməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, məlumatla əlaqədardərhal FHN-in Cənub Regional Mərkəzinin xilasediciləri hadisəyerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyənolunub ki, meşəlik ərazidə gəzintidə olan şəxs piyadalar üçünnəzərdə tutulmuş körpüdən dərəyə yıxılıb və müxtəlif dərəcəli bədənxəsarətləri alaraq köməksiz vəziyyətdə qalıb.

Xilasedicilər bədən xəsarətləri alan 1963-cü il təvəllüdlüE.Abbasovaya müvafiq köməklik göstərərək dərədən təxliyə edib vətəcili tibbi yardım briqadasına təhvil veriblər.

Lerikdə
Lerikdə
Seçilən
0
26
az.trend.az

10Mənbələr