“El Klasiko” ilə bağlı əsas məsələlərdən birinə aydınlıq gəlib.
"Football-plus.az" xəbər verir ki, İspaniya La Liqasının 35-ci turunda keçiriləcək “Barselona” – “Real” matçının hakimi müəyyənləşib.
İspaniya Kral Futbol Federasiyasının saytının məlumatına görə, matçı Alexandro Xose Ernandes Ernandes idarə edəcək. Vacib matç mayın 11-də “Olimpik Lyuis Companis” stadionunda keçiriləcək və Bakı vaxtı ilə 18.15-də başlayacaq.
Xose Ernandez üçün bu “El Klassiko” karyerasında 4-cü olacaq. O, sonuncu dəfə 2019-cu ilin dekabrında 0:0 hesablı heç-heçə ilə nəticələnən “Barselona” – “Real” matçında hakimlik edib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta