"Roma"nın yarımmüdafiəçisi Lorenzo Pelleqrini məşq zamanı zədələnib və mövsümün qalan hissəsini buraxacaq.
90deqiqe.Az-ın “Sky Sport Italia”ya istinadən yaydığı məlumata görə, 28 yaşlı futbolçunun baldır nahiyəsində gərilmə aşkarlanıb.Bildirilir ki, bərpa prosesi təxminən iki ay davam edəcək. Beləliklə, komandanın kapitanı cari mövsümdə artıq meydana çıxa bilməyəcək.
Bu mövsüm Pelleqrini "Roma"nın heyətində bütün turnirlərdə 34 oyun keçirib, 3 qol vurub və 3 məhsuldar ötürmə edib. Çempionatın başa çatmasına 3 tur qalmış “sarı-qırmızılar” Çempionlar Liqasına vəsiqə uğrunda mübarizə aparır, 63 xalla A Seriyasının turnir cədvəlində 5-ci yeri tutur, “Yuventus” və “Latsio” ilə bərabər xala malik, həmçinin “Bolonya”nı bir xal qabaqlayır.