AZ

Murat Övüçə ŞOK: İstanbul Baş Prokurorluğu HƏRƏKƏTƏ KEÇDİ - FOTO

Sosial media fenomeni Murat Övüçün şal ilə çəkdiyi video qalmaqala səbəb olub.

Musavat.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, Övüç barəsində “xalqı kin və düşmənçiliyə açıq şəkildə təhrik etmək” ittihamı ilə akt hazırlanıb.

İstanbul Baş Prokurorluğu tərəfindən hazırlanmış ittiham aktında Murat Övüçün sosial mediada etdiyi paylaşımda işlətdiyi ifadələrin cəmiyyətin bir qismini digər qisminə qarşı kin və nifrətə yönləndirici mahiyyət daşıdığı qeyd edilib.

Murat Övüç isə pərəstişkarlarının əsasən qadınlardan ibarət olduğunu, videonu təyyarədə olarkən çəkdiyini, çiynindəki şalı başına örtərək “Nə edim, yaraşdı qız. Buyur, bax” dediyini və bunu yalnız zarafat məqsədilə etdiyini bildirib. O, ittihamı qəbul etmədiyini deyib.

İttiham aktında Murat Övüçün 1 il 6 aydan 4 il 6 aya qədər azadlıqdan məhrum edilməsi tələb olunub. Onun məhkəmə prosesi yaxın günlərdə İstanbul Cəza Məhkəməsində başlayacaq.

Musavat.com

Seçilən
0
musavat.com

1Mənbələr