"Babam İkinci Dünya Müharibəsində iştirak edib. 1944-cü ildə yaralanaraq geri qayıdıb. O zamanlar mən uşaq olduğum üçün yaxşı xatırlamıram, amma mənə danışılanlardan bilirəm ki, çox qəhrəman, mərd və vətənini sevən birisi olub. Digər babam da Leninqradda döyüşüb və həlak olub. Elə Fərhad babam onu gedib özü dəfn edib".
Bu sözləri Bizim.Media-ya açıqlamasında İkinci Dünya Müharibəsində iştirak etmiş Quliyev Fərhad Aslan oğlunun nəvəsi Quliyev Vəli deyib.
V.Quliyevin sözlərinə görə, qəhrəmanlıq onun ailə üzvlərinə də ötürülüb.
"Onun övladları Birinci Qarabağ Müharibəsində qazi, nəvələri isə İkinci Qarabağ müharibəsində şəhid olublar".
Ayşən Rəhim, Sadiq Məmmədov, Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta