Qələbənin 80 illiyi ilə bağlı gözlənilməz təbrik son illərdə Kremlə qarşı düşmən mövqe tutan və Rusiyanın dost olmayan ölkələr siyahısına daxil edilən Norveçdən gəlib.
Publika.az xəbər verir ki, Cənub-Şərqi Norveç Universitetinin professoru Qlenn Dizen "X" sosial şəbəkəsində sadəcə bir neçə təbrik sözləri yazıb, amma vacib olan odur ki, bunu rus dilində edib.
"Qələbə gününüz mübarək!" - professor təbrikini 1945-ci ilin mayında qalib gələn Sovet ordusunun kiçik çavuşu Lidiya Spivakın Brandenburq darvazasının yaxınlığında hərəkəti tənzimləyən məşhur fotoşəkili ilə yazıb.