AZ

Şiraz Ermənistan şəhəri ilə “qardaşlaşacaq”

BAKI, 9 may. TELEQRAF

Mayın 5-7-də Ermənistan səfiri Qriqor Akopyan İranın Şiraz şəhərinin meri Məhəmməd Həsən Əsədinin dəvəti ilə “Şiraz günləri” tədbirində iştirak edib.

Teleqraf xəbər verir ki, tədbir çərçivəsində Şirazda Ermənistan səfiri ilə şəhər meri arasında görüş keçirilib.

Görüşdə ikitərəfli məsələlərlə yanaşı, İranın Şiraz şəhəri ilə Ermənistanın tərəfdaş şəhərlərindən birinin “qardaşlaşmış şəhərlər” elan edilməsi imkanları müzakirə olunub.

Ermənistan səfiri və Şiraz şəhərinin meri gələcəkdə birgə mədəni tədbirlərin təşkili prosesinə də toxunublar.

Seçilən
0
teleqraf.com

1Mənbələr