"Liverpul"un hücumçusu Məhəmməd Salah Futbol Yazıçıları Assosiasiyası tərəfindən ilin ən yaxşı oyunçusu seçilib.
90deqiqe.Az-ın məlumatına görə, bu, misirli futbolçunun karyerasında üçüncü belə mükafatdır. O, bundan əvvəl bu titulu 2017/2018 və 2021/2022 mövsümlərinin sonunda qazanıb.
Salah 2017-ci ildən "Liverpul"da çıxış edir. Bu mövsüm 32 yaşlı cinah yarımmüdafiəçisi bütün turnirlərdə 49 oyun keçirib, 33 qol vurub və 23 məhsuldar ötürmə edib. Misirlinin mersisayd klubu ilə hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.
Qeyd edək ki, Futbol Jurnalistləri Assosiasiyası ötən mövsümün yekunlarına əsasən İngiltərənin “Mançester Siti” klubunun yarımmüdafiəçisi Filip Fodeni İngiltərənin ən yaxşı futbolçusu kimi tanıyıb.