Mayın 9-da axşam və gecə Moskvada kəskin soyuqlar gözlənilir.
Publika.az xəbər verir ki, bu barədə “Meteonovosti” agentliyinin aparıcı mütəxəssisi Tatyana Pozdnyakova məlumat verib.
Onun sözlərinə görə, temperatur 1-3 dərəcə aşağı düşə bilər. Sinoptik onu da əlavə edib ki, bəzi yerlərdə - alçaq ərazilərdə, yol ötürücülərində və körpülərdə havanın temperaturu mənfi 1-2 dərəcəyə enə bilər.
Adəm