Yeni seçilən Papa XIV Leo mayın 18-də taxta çıxacaq.
Operativ Media xəbər verir ki, bu barədə Vatikan məlumat yayıb.
Xatırladaq ki, ötən gün ABŞ-dən olan kardinal Robert Prevost yeni Roma Papası seçilib.
Məlumata görə, Kardinal Robert Frensis Prevo ABŞ-dən olan ilk Papadır. O, XIV Lev adını alıb.
Qeyd edək ki, Roma Papası Fransisk aprelin 21-də vəfat edib.