Braziliyalı hücumçu Rişarlison İngiltərənin "Tottenhem" klubundan ayrıla bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı "Sky Sports" yayıb.
Xəbərə görə, rəhbərlik cənubi amerikalının performansından razı deyil. Mənbə 27 yaşlı forvardın xidmətində "Everton"un maraqlı olduğunu vurğulayıb.
Qeyd edək ki, Rişarlison 2018-2022-ci illər aralığında da "Everton"un formasını geyinib. Onun "Tottenhem" ilə müqaviləsinin müddəti 2027-ci ilin yayınadək nəzərdə tutulub. Cari mövsüm London təmsilçisinin forması ilə 21 matça çıxan ön xətt oyunçusu 5 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat