Bakı. Trend:
UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu üçünsəsvermə başa çatıb.
Trend UEFA-nınrəsmi saytına istinadən xəbər verir ki, mükafatı "İnter"in qapıçısıYann Sommer qazanıb.
Sommer səsvermədə PSJ-nin müdafiəçisi Aşraf Hakiminiqabaqlayıb.
Qeyd edək ki, isveçrəli qolkiper "Barselona" ilə yarımfinalmərhələsinin cavab oyununda (4:3) 5-i cərimə meydançası daxilindəolmaqla 7 seyv edib.
Xatırladaq ki, Çempionlar Liqasının finalında "İnter" və PSJüz-üzə gələcək. Həlledici qarşılaşma mayın 31-də Münhendəkistadionda baş tutacaq.