Ələt-Astara avtomobil yolunun 122-ci kilometrliyində, Masallı rayonunun Ləngan kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Baş Dövlət Yol Polisi İdarəsindən Oxu.Az-a verilən məlumata görə, “Toyota Prado” markalı, 10-RV-404 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü – 1982-ci il təvəllüdlü İxtiyar Əliyar oğlu Teymurovun idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi aşıb.
“Sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Avtomobildə olan sərnişinlər – sürücünün övladları, 2023-cü il təvəllüdlü Teymurov Əli və 2016-cı il təvəllüdlü Teymurova Banu, qohumu, 2002-ci il təvəllüdlü Aydın Təhməsib oğlu Alışov hadisə yerində həyatlarını itiriblər.
Faktla bağlı araşdırma aparılır”, – deyə məlumatda bildirilib.
Ələt-Astara yolunun Masallı rayonu ərazisindən keçən 122-ci kilometrində baş verən yol-nəqliyyat hadisəsi saat 13:05-də qeydə alınıb.
Bu məlumat Oxu.Az-ın sorğusuna cavab olaraq Baş Dövlət Yol Polisi İdarəsindən verilib.
“Toyota Prado” markalı 10-RV-404 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü idarəetməni itirərək avtomobili yolayrıcı metal səddə çırpıb. Nəticədə maşın aşıb.
Hadisə yerinə polis əməkdaşları cəlb olunublar. Hazırda qəzanın başvermə səbəbləri, ölən və xəsarət alanların sayı və şəxsiyyətlərinin müəyyən edilməsi istiqamətində zəruri tədbirlər görülür”, – deyə məlumatda bildirilib.
Bakı-Astara magistralında ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, hadisə ilə bağlı videogörüntü sosial şəbəkədə yayımlanıb.
İlkin məlumata görə, yüksək sürətlə hərəkətdə olan minik avtomobili yolayırıcı maneəyə çırpılıb.
Zərbənin təsirindən avtomobil tamamilə yararsız hala düşüb. Ölən və yaralananların olduğu bildirilir.