Bakı. Trend:
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Qərarı ilə MuxtarRespublikanın iqtisadiyyat naziri vəzifəsinə təsdiq edilmiş KazımHüseynəliyev mayın 8-də Nazirliyin kollektivinə təqdim olunub.
Trend xəbərverir ki, Kazım Hüseynəliyevi kollektivə təqdim edən AzərbaycanRespublikasının iqtisadiyyat nazirinin müavini Rövnəq AbdullayevPrezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan uğurlusosial-iqtisadi islahatları, Naxçıvan Muxtar Respublikasınıniqtisadiyyatının davamlı inkişafına göstərilən diqqəti qeydedib.
Təqdimetmə mərasimində iştirak edən Naxçıvan Muxtar RespublikasıAli Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov və MuxtarRespublikada Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlinümayəndəsinin müavini Samir Seyidəhmədli Naxçıvanın iqtisadiyyatnaziri vəzifəsinə təsdiq edilməsi münasibətilə Kazım Hüseynəliyevitəbrik edib, ona fəaliyyətində uğurlar arzu ediblər.
Nazirliyin Aparatının və tabe qurumların rəhbərliyinin vəəməkdaşlarının iştirakı ilə keçirilən tədbirdə çıxış edən KazımHüseynəliyev ona göstərilən etimada görə minnətdarlığını bildiribvə üzərinə düşən vəzifəni layiqincə yerinə yetirəcəyini qeydedib.