AZ

Sakinlər "DARVAZA" hotellə bağlı etiraza qalxdı: "Azyaşlı qızlar və qadınlar bu əxlaqsız məkanda cinsi istismara məruz qoyulur" - RPŞ-nin nəzərinə

Artıq xeyli müddətdir ki, respublikamızın müxtəlif ərazilərində fəaliyyət göstərən əxlaqsızlıq ünvanlarında yaşanan, amma həllini tapmayan problemlər bu gün də hər kəsi düşündürməkdədir. Ərazisinin Binəqədi rayonuna, yoxsa Abşeron rayonuna məxsus olması bu gün də mübahisələrə səbəb olan, həmçinin hər kəsin “Darvaza” adı ilə tanıdığı əxlaqsızlıq ünvanı, hal-hazırda əxlaqi dəyərlərimizin, mənəvi göstəricilərimizin bir çoxunun tapdaqlar altına atıldığı ünvanlardandır. Müzakirə olunası hal odur ki, adı çəkilən obyektin bu yöndə fəaliyyət göstərməsi, uzun illərdir ki, əksəriyyəti narahat edən məsələlərdəndir. Çünki, bu obyekt hər iki rayonun ərazisinin kəsişdiyi yerdə yerləşdiyindən, əksəriyyət bilmir ki, Rasim adlı şəxsin işlətdiyi “Darvaza” adı ilə məşhurlaşan bu əxlaqsızlıq ünvanı hansı rayonun ərazisinə aiddir. “Darvaza” adı ilə tanınan bu obyektdə çox hadisələrin yaşanandığı üçün  çoxsaylı sakinlərin haqlı nazrazılıqlarına səbəb olur. Hətta, onu da qeyd edək ki, adı çəkilən obyekt birmərtəbəli olmasına baxmayaraq, bu obyektin çoxsaylı otaqlarında minbir hoqqalara qol qoyulur. Buna da səbəb, həmin ünvanda yaş həddindən asılı olmayaraq Rasimin adlı şəxsin qadınların cinsi istismarına yaratdığı şəraitdir.

“Darvaza” adlı əxlaqsız məkanın fəaliyyəti ilə bağlı məlumatları Paytaxt.org-un elektron ünvanına göndərən bir qrup sakin bildiririr ki, digər əxlaqsızlıq ünvanlarından fərqli olaraq adı çəkilən bu ünvanda hər müştərinin hüzurunda sərasər dayanmaq üçün “xanım”lar olmur. Yəni, həmin ünvanı sayıb-seçən müştəri qadını özü ilə kənardan gətirir və bunun üçün də, adı çəkilən obyektdə “münbit şərait” var. Bu obyektin belə bir ad altında tanınmasına əsas səbəb, obyektin giriş hissəsində böyük dəmir “darvaza”nın olmasıdır. Onu da bildirək ki, bu obyektin giriş “darvaza”sı günün axşam saatlarına qədər məqsədli şəkildə bağlı saxlanılır. Elə ki, həmin ünvana müştəri “xanım”ı ilə üz tutur, o zaman “Darvaza”nın “darvaza”ları taybatay açılır və çox keçmir ki, Rasim “bəy”in rəhbərlik etdiyi obyektdə çalışanlar, müştərilərə fərqli qiymətləri olan otaqlar təklif edirlər. Çünki, obyektə yaxın ərazidə yaşayan şəxslərin redaksiyaya verdiyi məlumatlarda qeyd olunur ki, “Darvaza”dakı otaqlar qiymət göstəricisinə görə bir-birindən fərqlidir. Məsələn, hər otqda qadınların cinsi istismara məruz qalmaları üçün lazımi şərait yaradılsa da, bəzi təminolunmalarına görə otaqlar bir-birindən fərqlidir.

Onu da unutmaq olmaz ki, bu obyekt çoxsaylı sakinlərin yaşadıqları ərazidə yerləşir. Məhz, belə bir səbəbdən də, ətraf ərazidə yaşayan sakinlər redaksiyamıza müraciətlər edib azyaşlı qızları bu əxlaqsız məkana gətirib  başlarına oyun açılmazını və obyektin qanunsuzluğa söykənən fəaliyyəti ilə bağlı haqlı narazılıqlarını ifadə etdilər.

Ardı var

Günay Salmanlı

Paytaxt.org

Seçilən
0
paytaxt.org

1Mənbələr