AZ

"Real Madrid" Xabi Alonso ilə müqavilə imzalayıb

"Real Madrid" yeni baş məşqçisi Xabi Alonso ilə müqavilə imzalayıb.

90deqiqe.Az-ın “Marca" nəşrinə istinadən verdiyi məlumata görə,“Real Madrid” ispan çalışdırıcı ilə 3 illik müqaviləyə razılaşıb.

Xabi 2018-ci ildən birlikdə çalışdığı köməkçisi, fitness məşqçisi Sebas Parrillanı Madridə gətirəcək.

Qeyd olunur ki, “Real Madrid”in hazırkı baş məşqçisi Karlo Ançelotti mövsümün son oyunundan sonra mayın 25-də Madrid klubu ilə vidalaşacaq. İspan mütəxəssis hazırda Leverkuzen "Bayer"inə rəhbərlik edir.

Daha əvvəl mətbuat Alonsonun hazırkı klubu olan "Bayer"in ispan mütəxəssisin gedişinə fəal hazırlaşdığını və onu əvəzləmək variantlarını nəzərdən keçirdiyini yazıb.

Seçilən
0
39
90deqiqe.az

10Mənbələr