"Çelsi"nin müdafiəçisi Ris Ceymsin İspaniya çempionatında işləmək variantı var.
90deqiqe.Az-ın “deadlinedaylive”ə istinadən verdiyi məlumata görə, "Barselona" klubu ingilis futbolçunun xidmətində maraqlıdır.
"Blauqrana" rəhbərliyi Ceymsi yay transfer pəncərəsində transfer etmək imkanını nəzərdən keçirir.
"Barselona" ingilis futbolçunun transferi üçün 25 milyon təklif etməyə hazırdır. Artıq futbolçunun agenti ilə əlaqə saxlanılıb.
25 yaşlı müdafiəçi 2019-cu ilin yayından "təqaüdçülər"də çıxış edir. Risin London klubu ilə hazırkı müqaviləsi 2028-ci ilin iyununun sonunda başa çatır. Ceyms bu mövsüm Premyer Liqada 16 oyun keçirib, qol vurub və sarı vərəqə alıb.