Bakı, 9 may, AZƏRTAC
Azərbaycanın iki velosipedçisi Özbəkistanda keçirilən "Silkway Namangan" beynəlxalq turnirində uğurla çıxış edib.
AZƏRTAC xəbər verir ki, yığmanın iki üzvü - Artyom Proskuryakov (Skretç) və Viktoriya Sidorenko (Sprint qrup yarışı) bürünc medal qazanıblar.