AZ

BP-nin səhmləri mümkün satınalma ilə bağlı yayılan şayiələr fonunda bahalaşıb

Böyük Britaniyanın neft-qaz şirkəti “BP”nin səhmləri “Financial Times”ın bir sıra rəqiblərin şirkəti mümkün satınalma ehtimalı ilə bağlı ilkin hesablamalar aparması barədə məlumat yaymasından sonra mayın 9-da bir qədər bahalaşıb.

“Report” “Reuters” agentliyinə istinadən xəbər verir ki, FT-nin mənbələri sövdələşmədə “Shell”, “Chevron”, “ExxonMobil”, “TotalEnergies” kimi enerji nəhənglərinin, eləcə də BƏƏ-nin milli neft şirkəti “ADNOC”un maraqlı olduğunu bildiriblər.

Bundan əlavə, qeyd olunur ki, “Vitol” ticarət evi BP-nin ayrı-ayrı aktivlərini almaqda maraqlı ola bilər.

Bu xəbərlərin fonunda şirkətin səhmləri Qrinviç vaxtı ilə 07:26-ya olan məlumata görə, 1,9 % artıb. Halbuki son 12 ayda səhmlər təxminən 28 % ucuzlaşmışdı.

Seçilən
0
2
report.az

3Mənbələr