Bu ilin yanvar-aprel aylarında Azərbaycan Türkiyədən 15,565 milyon ABŞ dolları dəyərində geyim idxal edib.
“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 24,5 % azdır.
Təkcə apreldə isə Türkiyə Azərbaycana 2,95 milyon ABŞ dolları dəyərində geyim ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 34,2 % azdır.
4 ayda Türkiyənin geyim ixracının ümumi dəyəri illik müqayisədə 6 % azalaraq 5,411 milyard ABŞ dollarına, apreldə isə 0,2 % artaraq 1,228 milyard ABŞ dollarına çatıb.