AZ

“Real” Xabi Alonso ilə 3 illik müqavilə imzalayacaq – “Marca”


“Real Madrid” yeni baş məşqçisi Xabi Alonso ilə 3 illik müqavilə imzalayacaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə nüfuzlu “Marca” nəşri məlumat yayıb.
Məlumata görə, “Real Madrid” Alonso ilə bütün məsələlərdə razılaşıb.
Nəşrin məlumatına görə, Alonso mayın sonunda komandaya qoşulacaq. O, bu postda Karlo Ançelottini əvəz edəcək. Ançelotti isə mövsümün son oyunundan sonra mayın 25-də Madrid klubu ilə vidalaşacaq.
Digər tərəfdən, Xabi 2018-ci ildən birlikdə çalışdığı köməkçisi, fitness məşqçisi Sebas Parrillanı da Madridə gətirəcək.
Seçilən
0
yeniavaz.com

1Mənbələr