Masallıda ağır yol qəzası baş verib, ölən və yaralananlar var.
“Report”un cənub bürosunun məlumatına görə hadisə Ələt_Astara-İran İslam Respublikası Dövlət Sərhəd Yolunun 122-ci km-də, Masallı rayonunun Ləngan kəndindən keçən hissəsində baş verib.
İlkin məlumata görə, “Tayota- Prado” markalı avtomobil Lənkəran rayonu istiqamətdə olarkən bir neçə dəfə aşıb və yol kənarındakı məhəccərlərə toqquşub. Nəticədə ilkin məlumata görə bir azyaşlı ölüb. Avtomobildə olan digərləri arasında da ölən və yaralıların olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.