İspaniya La Liqasının XXXV turunda keçiriləcək “Real” – “Barselona” oyununun baş hakimi Alexandro Ernandeslə bağlı qalmaqallı xəbər yayılıb.
Msport.az xəbər verir ki, “kral klubu”nun televiziyası referinin 1994-cü ildə verdiyi müsahibəni yayımlayıb. Ernandes həmin müsahibədə “Barselona” azarkeşi olduğunu deyib. O, ən çox sevdiyi futbolçuların isə Kataloniya təmsilçisində çıxış etmiş Romario və Mixael Laudrup olduğunu bildirib.
Həmin müsahibəni verərkən baş hakimin 12 yaşı olub.
Qeyd edək ki, “El-Klasiko” mayın 11-də keçiriləcək və Bakı vaxtı ilə saat 18:15-də başlayacaq.