AZ

Tramp Konqresin kitabxanaçısını işdən çıxartdı - Maraqlı

ABŞ Prezidenti Donald Tramp Konqres Kitabxanasının direktoru Karla Haydeni səbəb göstərmədən vəzifəsindən azad edib.


Sfera.az Oxu.Az-a istinadən xəbər verir ki, bu haqda "Associated Press" Agentliyi məlumat yayıb. 


K.Hayden vəzifəsindən azad edilməsi barədə bildirişi elektron poçt vasitəsilə alıb.

 

Ağ Evin Kadrlar İdarəsinin göndərdiyi elektron məktubda deyilir:

 

"Karla, Prezident Donald Trampın adından sizə xəbər verirəm ki, sizin Konqresdəki kitabxanaçı vəzifəniz bu gündən fəaliyyətini dayandırır. Xidmətinizə görə təşəkkür edirik".

 

Qeyd edək ki, K.Heyden 2016-cı ildə bu vəzifəyə təsdiq edilib. O, Konqresin ilk qadın və ilk afroamerikalı kitabxanaçısı olub.

Seçilən
0
1
sfera.az

2Mənbələr