Dünən İrəvanda Şuşa ilə bağlı bir sıra tədbirlər keçirilib.
Tribunainfo.az xəbər verir ki, 1992-ci ildə şəhərimizin işğal edilməsini qeyd edən bir qrup daşnak, “tədbir”i ağlaşma qurmaqla yekunlaşdırıblar.
Belə ki, Daşnaksütun Partiyasının təşəbbüsü ilə keçirilən “tədbir”də çıxış edənlər Şuşaya “qayıdacaq”larını desələr də, buna ümidlərinin az olduğunu da etiraf etməli olublar.
Bəziləri isə baltanı kökündən vurub. Məsələn, “Ermənistan mənəm” hərəkatının rəhbəri Nairi Sarkisyan bəyan edib ki, ermənilər alçaqdırlar: “Bu gün biz əminliklə deyirik ki, ermənilər alçaqdırlar. Çünki özlərini və dövlətlərini müdafiə etmək iqtidarında deyillər”.
Fərda Uğur