24 və 25 may ölkəmizdə ilk dəfə olaraq 3x3 basketbol üzrə Dünya Kubokunun (2025) seçmə mərhələ oyunları baş tutacaq.
Apasport.az xəbər verir ki, paytaxt Bakıda həm kişi, həm də qadın millilərimiz əsas mərhələyə vəsiqə qazanmaq uğrunda mübarizə aparacaqlar.
Kişi millimiz "B" qrupunda Kanada və Böyük Britaniya yığmalarına qarşı, qadın millimiz isə "B" qrupunda Latviya və Misir komandalarına qarşı yarışacaq.
Kişilərin yarışlarında "A" qrupunda Monteneqro, Ruanda və İran, qadınların yarışlarında isə "A" qrupunda Çili, Çin Taypeyi və Braziliya milliləri qruplardan çıxmağa çalışacaqlar.
Kişi millimiz qrupda ilk oyununu 24 may saat 19:05-də Kanadaya qarşı, qadın millimiz isə saat 18:15-də Misirə qarşı oynayacaq.
Reqlamentə əsasən, kişi və qadın kateqoriyalarında seçmə mərhələ qruplarını ilk iki yerdə tamamlamış komandalar yarımfinala vəsiqə qazanacaqlar. Yarımfinal cütlərinin qalibləri və yarımfinal cütlərində məğlub olan komandalar arasında keçiriləcək oyunun qalibi Dünya Kubokunun əsas mərhələsində iştirak etmək hüququ qazanacaq.
Qeyd edək ki, Dünya Kubokunun oyunları 23-29 iyun Monqolustanın paytaxtı Ulan-Bator şəhərində baş tutacaq.
ABL: “Neftçi” “Sabah”la üz-üzə
Ergin Ataman türkləri məyus etdi - “Panatinaikos" "Final Four"da
“Sabah”ın baş məşqçisi: “Final seriyasına layiq oyun oldu”
“Neftçi”nin baş məşqçisi: “Rəqib elə komandadır ki…”
ABL: “Neftçi” “Sabah”ı məğlub etdi