SƏHİYYƏ NAZİRLİYİ RESPUBLİKA QİÇS-LƏ MÜBARİZƏ MƏRKƏZİ
Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin təşkilatçılığı ilə “Park Bulvar”da İİV-lə bağlı maarifləndirmə və müayinə aksiyası keçirilib. İnsanın İmmunçatışmazlığı Virusunun (İİV) ölkəmizdə yayılmasının qarşısını almaq və yoluxmuş şəxsləri erkən aşkarlamaq məqsədilə keçirilən aksiyada insanlar öz statusunu dəqiqləşdirib.
Vətəndaşlara ticarət mərkəzində yaradılan guşədə sağlamlığa ciddi təhlükə olan İİV və QİÇS (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) haqqında məlumat verilib. Təcrübəli həkimlər xəstəliyin yoluxma yolları, profilaktikası, müayinəsi və müalicəsindən danışıb, bu virusa yoluxanların bir çox xəstəliklərə asanlıqla tutulduğunu diqqətə çatdırıblar. Vətəndaşlara, o cümlədən turistlərə ödənişsiz və anonim qaydada İİV-ə ekspress-testdən keçmək imkanı yaradılıb. Eyni zamanda, İİV/QİÇS-ə aid broşurlar, bukletlər paylanıb, xəbərdaredici məlumatlar verilib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta