AZ

UEFA Konfrans Liqasının finalçıları məlum oldu


UEFA Konfrans Liqasının finalçıları məlum olub.
Yeniavaz.com
xəbər verir ki, UEFA-nın nüfuzlu turnirinin finalında İspaniyanın “Betis” və İngiltərənin “Çelsi” komandaları qarşılaşacaq.
Həlledici qarşılaşma mayın 28-də Polşanın Vrotslav şəhərindəki “Tarçinski Arena” stadionunda keçiriləcək.
Yarımfinalda ispanlar əvvəlki iki Konfrans Liqasının finalında çıxış etmiş, lakin “Vest Hem” və “Olimpiakos”a məğlub olmuş “Fiorentina”nı ümumi hesabda 4-3 hesabı ilə məğlub ediblər. “Çelsi” isə İsveç "Yurqorden”indən güclü olub (5:1).
Hər iki komanda üçün bu, tarixdə ilk Konfrans Liqası finalı olacaq.
Qeyd edək ki, turnir 2021-ci ildən keçirilir. Əvvəllər onun qalibi “Vest Hem” və “Olimpiakos”dan başqa “Roma” olub.
Seçilən
0
yeniavaz.com

1Mənbələr