AZ

Şişlidə qadın qətli: Cəmiyyət ayağa qalxdı

Şişlidə

2025-ci il mayın 5-də İstanbulun Şişli rayonunda baş verən dəhşətli hadisə, qadınlara qarşı zorakılıq və feminist problemlərinə bir daha diqqət çəkdi.Şişlidə34 yaşlı Bahar Aksu, keçmiş əri Rüstem Elibol tərəfindən küçənin ortasında güllələnərək qətlə yetirildi. Hadisə zamanı Elibol və üç nəfər dostu qadını zorla avtomobilə mindirməyə çalışıblar; Aksu müqavimət göstərib, lakin Elibol onu başından vuraraq öldürüb.My WebpageCinayət, Şişli Cümhuriyyət məhəlləsində, Kazım Orbay küçəsində baş verib. Bahar Aksu, aşpaz köməkçisi işlədiyi otelə gedərkən keçmiş əri Rüstem Elibol və onunla birlikdə olan üç nəfər tərəfindən zorla avtomobilə mindirilməyə çalışılıb. Aksu müqavimət göstərib və kömək üçün qışqırıb. Bu zaman Elibol silahını çıxararaq onu başından vurub. Aksu hadisə yerində həyatını itirib.İstintaq zamanı məlum olub ki, Rüstem Elibol və üç nəfər dostu cinayətdən üç gün əvvəl Çanaqqaladan İstanbula gələrək hadisə yerində müşahidələr aparıblar. Onlar İstanbulda bir oteldə qalaraq Bahar Aksunun yaşadığı ərazini izləyiblər. Elibolun ifadəsində, 2019-cu ildə evləndikləri və 2022-ci ildə boşandıqları, lakin boşanmanı qəbul edə bilmədiyi, Aksunu sosial şəbəkələrdə izlədiyi və onu zorla maşına mindirmək istədiyi bildirilir.Hadisənin şahidi olan aktrisa Nur Sürer, Baharın “Məni oğurlayırlar” deyə qışqırdığını və qaçmağa çalışdığını bildirib. Sürer, Baharın arxadan vurulduğunu və yerə yıxıldıqdan sonra başından iki dəfə atəş açıldığını qeyd edib. O, bu hadisənin şahidi olduğu üçün dərin təəssüf hissi keçirdiyini və qadın cinayətlərinin artmasından narahat olduğunu ifadə edib.Bahar Aksunun bacısı Berivan Sert, bacısının illərdir təhdid edildiyini və zorakılığa məruz qaldığını bildirib. O, Baharın üç dəfə məhkəmədən qoruma qərarı aldığını, lakin keçmiş ərinin bu qərarları pozaraq onu izləməyə davam etdiyini deyib.Bahar Aksunun anası Nesrin Arıkanın verdiyi açıqlamaya əsasən, Baharın atası ingilisdir, xaricdə yaşayır və maddi imkanları yaxşıdır. Arıkan bildirib ki, Rüstem Elibol bu imkanlardan faydalanmaq məqsədilə Baharın atasından əl çəkməyib. Bahar Aksu ikinci dəfə evlənib. Bibisinin sözlərinə görə, Bahar ailəsinin ilk evliliyinə qarşı çıxmasına görə onlardan heç nə gizlətməyib və sonradan təhdidlərə baxmayaraq, ikinci dəfə ailə qurmağa məcbur olub. Lakin bu zaman keçmiş əri Rüstem Elibol onu davamlı şəkildə hədələyib və bu evliliyə qarşı çıxıb.Bahar Aksunun cənazəsi Ədirnəyə gətirilərək dəfn olunub. Mərhumun anası Gülçin Küçüktorun, atası İbrahim Aksu, bacısı Berin Nur Altınbaş və digər ailə üzvləri Köhnə Məsciddə keçirilən vida mərasimində iştirak ediblər. Cənazə namazı zamanı qadınların ön sırada dayanmaq istəyi diqqət çəkib. Namazdan sonra Aksunun nəşi Yenişehir qəbiristanlığında göz yaşları arasında torpağa tapşırılıb. Dəfn mərasimində Ədirnə Bələdiyyə Başçısı Filiz Gencan Akın, AK Partiya İl Başçısı Belgin İba, CHP İl Başçısı Harika Taybıllı, İl Ümumi Məclisinin sədri Çiğdem Gegeoğlu, qadın muhtarlar, qeyri-hökumət təşkilatlarının nümayəndələri və çoxsaylı vətəndaş iştirak ediblər.Bu qətldən sonra Türkiyənin müxtəlif bölgələrində qadınlar etiraz aksiyaları keçirərək İstanbul Konvensiyasının bərpasını və qadınlara qarşı zorakılığa son qoyulmasını tələb ediblər. Şişlidə keçirilən mitinqdə qadınlar “Təhlükəsiz və azad həyat istəyirik” şüarı ilə çıxış edərək dövlətin daha ciddi tədbirlər görməsini istəyiblər.İki millət, bir dövlət olaraq bu faciəvi itkini dərindən hiss edir, bütün Azərbaycan qardaşları və "Ulusum.az" kollektivi adından Bahar Aksunun ailəsinə dərin hüznlə başsağlığı veririk – acınız, acımızdır.✍[/b]"Ulusum".az[b]

Diqqət Çəkənlər

Yeni Papa hələ seçilmədi – Sistina kapellasından qara tüstü qalxdı - FOTO - VİDEO

Tül, şəbəkə və “dəniz nəfəsi” – Bahar 2025-in dəb rüzgarı əsir!

Səbət Dolu, Ruh Boş?— Alış-veriş bağımlılığına psixoloji baxış

Seçilən
0
ulusum.az

1Mənbələr