“İpsviç”in hücumçusu Liam Delap karyerasını Premyer Liqanın başqa klubunda davam etdirə bilər.
İdmanxeber.az-ın məlumatına görə, 22 yaşlı futbolçunun xidmətində “Arsenal” maraqladır. London təmsilçisi artıq Delapın meneceri ilə əlaqə saxlayıb.
İngiltərəli forvard hazırkı Premyer Liqa mövsümündə 34 oyunda meydana çıxıb, 12 qol vurub və 2 məhsuldar ötürmə edib. Onun dəyəri 35 milyon avro qiymətləndirilir.