Rusiya və ABŞ nümayəndə heyətlərinin səfirliklərin işinin bərpası məsələsi ilə bağlı yeni görüşü planlaşdırılır, lakin hələlik tarixlər yoxdur. AFN.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib."Hələlik tarix yoxdur, amma ümumi yanaşma belədir ki, əlaqə lazımdır. Prinsipcə, bu, iş sahəsidir, irəliləyişi qurmaq lazımdır", - deyə nazir müavini qeyd edib.Səfirliklərin işinin normallaşdırılması üzrə Rusiya-Amerika məsləhətləşmələrinin ikinci raundu aprelin 10-da İstanbulda keçirilib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta