Portuqaliyanın 2-ci liqa klubu “Maritimu”nun futbolçusu Fabio Blanko “Vitoriya” ilə razılıq əldə edib.
"Football-plus.az" xəbər verir ki, 21 yaşlı vinger Portuqaliya primeyrası təmsilçisi ilə müqavilə imzalayacaq. Klub onun üçün təxminən 2 milyon avro ödəyəcək. Sözləşmənin müddəti ilə bağlı detallar açıqlanmayıb.
Blanko bu mövsüm “Maritimu”nun heyətində 32 oyuna çıxaraq 4 qol vurub. O, 2022/23 mövsümündə “Barselona”nın B komandasında çıxış edib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta