“Mançester Yunayted” Avropa Liqasının cari mövsümündə vurduğu qolların sayını 35-ə çatdırıb.
İdman.biz xəbər verir ki, bu, turnirin tarixində 3-cü göstəricidir.
Mütləq rekord 2010/11 mövsümündə 37 qol vuran “Porto”ya məxsusdur. 8 il sonra isə “Çelsi” 36 qola sevinib.
“Mançester Yunayted” rekordu təkrarlamaq üçün finalda 2 qol vurmalıdır. “Qırmızı şeytanlar” həlledici matçda “Tottenhem”lə üz-üzə gələcək.
Qeyd edək ki, Mançester təmsilçisi yarımfinalda “Atletik”i hər iki oyunda məğlub edib – 3:0, 4:1.
İdman.biz