
İngiltərənin iki komandası – “Tottenhem” və “Mançester Yunayted” ikinci ən nüfuzlu Avropa kuboku olan Avropa Liqasının finalında oynayacaq.
Yeniavaz.com xəbər verir ki, “Tottenhem Hotspur” Norveç təmsilçisi “Budyo-Qlimt”i ümumi hesabda məğlub edib.
Mayın 8-də Budyo şəhərindəki “Aspmira” stadionunda keçirilən görüş 2:0 hesabı ilə qonaqların xeyrinə başa çatıb. 63-cü dəqiqədə Dominik Solanke , 69-cu dəqiqədə isə Pedro Porro fərqlənib. İngiltərədə baş tutan ilk görüş 3:1 hesabı ilə “Tottenhem”in xeyrinə başa çatıb.
“Mançester Yunayted” isə İspaniyanın “Atletik” klubundan güclü olduğunu sübut edib.
Mayın 8-də “Old Trafford”da baş tutan görüş 4:1 hesabı ilə ev sahiblərinin xeyrinə başa çatıb. İlk hissədə qonaqlar 31-ci dəqiqədə Mikel Xaureqisar vasitəsilə önə keçsələr də, ikinci hissədə “Mançester Yunayted” 72-ci və 90+1-ci dəqiqələrdə Meyson Maunt, 80-ci dəqiqədə Kazemiro və 85-ci dəqiqədə Rasmus Hoylundun qolları ilə cavab verib. İngiltərədə baş tutan ilk görüş 3:0 hesabı ilə “Mançester Yunayted”in xeyrinə başa çatıb.