AZ

Prezident İlham Əliyev Fridrix Mertsi təbrik edib

Bakı. Trend:

Prezident İlham Əliyev Almaniya Federativ RespublikasınınFederal Kansleri Fridrix Mertsə təbrik məktubu ünvanlayıb.

Trend xəbərverir ki, təbrik məktubunda deyilir:

"Hörmətli cənab Federal Kansler,

Almaniya Federativ Respublikasının Federal Kansleri vəzifəsinəseçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edir, dost Almaniyaxalqının rifahı naminə qarşıdakı məsul fəaliyyətinizdə uğurlararzulayıram.

Azərbaycan-Almaniya əlaqələri geniş gündəliyə malikdir. Bizölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin bütünistiqamətlər, xüsusilə də iqtisadiyyat, ticarət, energetika, ocümlədən alternativ və bərpaolunan enerji, humanitar və digərsahələr üzrə inkişafına böyük əhəmiyyət veririk.

İnanıram ki, xalqlarımızın maraqlarına uyğun olaraq Azərbaycanilə Almaniya arasında münasibətlərin bundan sonra da möhkəmlənməsi,ikitərəfli və çoxtərəfli qaydada qarşılıqlı maraq doğuranəməkdaşlığımızın genişlənməsi və yeni məzmunla zənginləşməsi üçünbirgə səylər göstərəcəyik.

Bir daha Sizə səmimi təbriklərimi çatdırır, dost xalqınıza daimfiravanlıq diləyirəm".

Seçilən
0
49
az.trend.az

10Mənbələr