ABŞ prezidenti Donald Tramp varlı amerikalıların vergilərini 39,6 faizə çatdırmaq istəyir.
Publika.az xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb.
"Prezidentin təklifi ilə ən azı 2,5 milyon dollar qazanan fiziki şəxslər və ya 5 milyon dollar qazanan cütlüklər üçün 39,6 faizlik yeni vergi dərəcəsi tətbiq ediləcək", - məlumatda deyilir.
Vergi artımının on il ərzində büdcəyə əlavə olaraq 67,3 milyard dollar cəlb edəcəyi vurğulanır.