"Donald Trampın Ağ Evə qayıtmasında özümü cavabdeh hesab edirəm"...
Oxu.Az xəbər verir ki, bunu ABŞ-nin keçmiş prezidenti Co Bayden ABC telekanalına müsahibəsində deyib.
"Çünki baxın, mən başçı idim, o isə qalib gəldi. Ona görə də məsuliyyəti öz üzərimə götürürəm", - deyə o bildirib.
Kamala Harrisin 2024-cü ilin prezident seçkisində məğlub olmasının səbəblərindən danışan C.Bayden vurğulayıb:
"Səbəblərdən biri onun amerikalılar tərəfindən üzləşdiyi cinsi və irqi ayrı-seçkilik olub. Mən məyus oldum, amma təəccüblənmədim".
Poliqon.info