“Mançester Siti”nin və Belçika millisinin yarımmüdafiəçisi Kevin De Bruyne karyerasını İtaliya A Seriyasında davam etdirməkdə maraqlıdır.
Publika.az xəbər verir ki, bu barədə jurnalist Saşa Tavoleri məlumat verib.
Futbolçunun fikrinə Belçika millisindəki komanda yoldaşları – Romelu Lukaku və Dris Mertensin müsbət rəyləri təsir edib.
Bu fonda “Napoli” gələn həftə yarımmüdafiəçiyə rəsmi təklif göndərməyə hazırlaşır. Qeyd olunur ki, klub nümayəndələri artıq futbolçunun agenti ilə görüşüb.