AFFA İntizam Komitəsinin iclası keçirilib.
Sportinfo.az xəbər verir ki, iclasda II Liqanın 24-cü turundakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul olunub.
Bununla "Haypers Quba"nın futbolçusu İbrahim Nağıyevin cəzası da müəyyənləşib.
AFFA-nın yaydığı məlumatda bildirilib ki, “Kür-Araz”la oyunun 67-ci dəqiqəsində “Hypers Quba”nın 8 nömrəli futbolçusu İbrahim Nağıyev təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalansın, klubu 300 manat cərimə edilsin.