Cənubi Amerika ölkəsi Çilidə təcili yardım təyyarəsinin qəzaya uğraması nəticəsində 6 nəfərin həyatını itirdiyi bildirilib.
News24.az xəbər verir ki, Böyükşəhər Bölgəsi Rəyasət Heyətinin nümayəndəsi Qonzalo Qonzalo Duran jurnalistlərə açıqlamasında bildirib ki, Kurakavi şəhərində dağlıq əraziyə düşən təcili yardım təyyarəsinin qalıqları tapılıb.
Təyyarədə olan pilot, köməkçi pilot, həkim, tibb bacısı, xəstə və xəstə yoldaşının həyatını itirdiyini bildirən Duran qəzadan dərin kədərləndiklərini bildirib.
Çili prezidenti Qabriel Borik de X sosial media hesabından verdiyi açıqlamada qəzada həyatını itirənlərə başsağlığı verib.
Günel Məlikzadə