“Lion”un maliyyə problemləri daha da dərinləşib.
Msport.az xəbər verir ki, UEFA-nın Klublara Maliyyə Nəzarəti Orqanı klubdan ciddi tədbirlər görməyi tələb edir.
İddiaya görə, burada söhbət təkcə 10 milyon avronu keçə biləcək cərimədən deyil, həm də xərclərə, o cümlədən transferlərə və maaşlara ciddi məhdudiyyətlərin tətbiqindən gedir.
Üç gün öncə UEFA-nın Nyondakı mənzil-qərargahında “Lion”un sahibi Con Tektorla danışıqlar aparılıb. Tərəflər razılığa gələ bilməsələr, kluba avrokuboklarda iştirak qadağası qoyula bilər.
“Lion” ya UEFA-nın şərtləri ilə razılaşmalı, ya da İdman Arbitraj Məhkəməsinə müraciət etməlidir. Klub avrokuboklarda iştirak etsə belə, növbəti bir neçə mövsümdə ciddi qənaət rejimində fəaliyyət göstərməli olacaq.